Zaqatalada arvad ərini bıçaqlayıb
16 Aprel 2022 10:42 KriminalZaqatalada arvad ərini bıçaqlayıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qandax kəndində baş verib.
Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.
Mübahisə zamanı S. Qurbanova kəsici alətlə həyat S. Qurbanovun qoluna xəsarət yetirib. S. Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31