Məşhur bloger "patı" ilə yaxalandı - Həmin görüntülər - VİDEO
15 Aprel 2022 13:30 KriminalDİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə "jam_guliyev" kimi tanınan Cəmil Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında Metamfetamin (patı) aşkarlanıb.
Bu barədə Olaylar.az-a DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində 2 ay müddətində inzibati həbs qərarı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31