Avtomobillərdə gizlədilən siqaretlər aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz  yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından  gələn 2 ədəd "Dongfeng" və "Dong Feng Kaveh" markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində  gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7600 ədəd "Manchester" markalı siqaret aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31