Atasını baltalayan oğul 10 il azadlıqdan məhrum edildi

Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Rəvan Ramazanova hökm oxunub."Olaylar" ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Ramazanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində qeydə alınıb. Belə ki, atası onun atını döydüyü üçün R.Ramazanovla yaşadıqları evin həyətində aralarında mübahisə yaranıb. Oğul hadisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31