SON DƏQİQƏ: Bakıda kriminal aləmə yaxın şəxslər arasında kütləvi dava – yaralılar var

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

Olaylar.az-ın məlumatına görə, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31