Ərini atıb başqasına qaçan qadın güllələndi - Sumqayıtda dəhşətli olay

Bu gün Sumqayıtda güllələnmə hadisəsi olub.

Corat qəsəbəsində M.M. bacısı R.Ə.-yə odlu silahdan atəş açıb.

Döş qəfəsi nahiyəsindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.

İlkin məlumata görə, hadisə namus üstündə olub. Belə ki, bir müddət əvvəl R.Ə. həyat yoldaşını ataraq başqasına qoşulub qaçıb. Bundan xəbər tutan qardaşı onu öldürmək qərarına gəlib və məlum hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31