Mobil telefon oğurlayan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də şəhər ərazisində yerləşən şadlıq saraylarının birində E.Qəhrəmanovun və B.Nadirlinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini V.Dadaşov saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31