Avtomobil qaçıranlar saxlanıblar
6 Aprel 2022 16:01 KriminalXocavənd Rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən "Hovo" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılmışlar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31