Bakıda özünü binadan atan yeniyetmə öldü
5 Aprel 2022 12:25 KriminalBakıda özünü binadan atan yeniyetmə qız dünyasını dəyişib.
Olaylar.az bildirir ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsindəki çoxmərtəbəli binalardan birində qeydə alınıb.
16 yaşlı Səbinə İsmayılova həmin binanın eyvanından özünü ataraq intihara cəhd edib. O, ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Həkimlərin müdaxiləsinə baxmayaraq, S. İsmayılova bu gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31