Oğuzda qardaş qardaşı öldürüb

Aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub. Olaylar" xəbər verir ki, Oğuz rayon prokurorluğundan  verilən məlumata görə, qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31