Vilyam Hacıyevin növbəti məhkəmə prosesi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib."Olaylar"ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Elnur İsayev bildirib ki, İmişli rayon İcra Hakimiyyətinin binasının tikintisi zamanı Vilyam Hacıyevi tanıyıb.O, Vilyam Hacıyevin qəbulunda olduğunu bildirib. Deyib ki, tikintini aparan şirkətin icraçı direktoru olub.Vilyam Hacıyev prosesdə şahidi tanımadığını bildirib. Sahibkar Həsən Zahidov isə qeyd edib ki, İmişlidə yükdaşıma şirkəti var: "Vilyam Hacıyevlə heç bir münasibətimiz olmayıb. Obyekt tikirdim, memar Rəsulov Nazim gəldi ki, tikinti qanunsuzdur. Biz sərəncamı göstərdik, dedi ki, Vilyam Hacıyev deyib ki, tikintini dayandırın. Mən sərəncamı əvvəlki başçıdan almışdım. Sərəncamın surətini verdim Nazimə getdi. Sonradan zəng vurub dedi ki, tikintini davam etdirmək üçün Vilyam Hacıyev 2 min manat istəyir. Dedi ki, əks təqdirdə polis çağıracağıq. Mən də məcbur olub 2 min manat verdim. Çünki məcbur idim, tikintini dayandırmışdı. Tikintini aparmalı idim, dolanacağım ondan çıxır".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31