Ürəyindən bıçaqlanan qadını qaynı öldürübmüş - RƏSMİ AÇIQLAMA
1 Aprel 2022 11:24 KriminalCəlilabadda 49 yaşlı qadının ürəyindən bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat vermişdik.
Rayon prokurorluğundan bildirilib ki, martın 31-də Sarxanlı kənd sakini, 1973-cü il təvəllüdlü Südabə Həsənovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalarla qadının ərinin qardaşı, 1966-cı il təvəllüdlü Mehdi Həsənovun birgə yaşadıqları mənzildə S.Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Mehdi Həsənov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31