Ana həbsdəki oğluna narkotik keçirmək istədi
31 Mart 2022 13:10 KriminalPenitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə "Olaylar"a Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31