Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxıldı - FOTO (YENİLƏNİB)
30 Mart 2022 22:18 KriminalAzərbaycanın Əməkdar rəssamı həbs edilib.
Olaylar.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədova məlumat verilib.
O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır.
***
Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətinə baxılıb.
Olaylar.az bildirir ki, bu barədə apa-ya onun vəkili Adəm Məmmədov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.
