Cinayət törədən 55 nəfər saxlanıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 51 cinayətin üstü "isti izlər"lə açılmışdır. DİN-dən "Olaylar"a bildirilib ki,  əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.  Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31