Soyğunçuluqla məşğul olan şəxs tutulub

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə martın 26-da saat 23 radələrində Sabunçu qəsəbəsində yaşayan A.Abdullayevin cibindən mobil telefonunun açıq talama yolu ilə aparılması barədə müraciət daxil olmuşdur. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Ətrafında aparılan tədbirlərlə onun martın 24-də daha bir qəsəbə sakininin cibindən mobil telefonunu açıq talama yolu ilə aparması da müəyyən olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31