Tərtərdə silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib. Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31