Borca görə axtarılan 42 nəfər saxlanıb
28 Mart 2022 10:37 Kriminal2022-ci il mart ayının 26-da və 27-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 82 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.