Ağstafada avtomobil aşdı, sürücü xəsarət aldı

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

Olaylar.az bildirir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Azər Yusifov müxtəlif bədən xəsarətləri alıb. 

O, Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31