Fermer təsərrüfatında baş verən oğurluq hadisəsinin üstü niyə açılmır?

Salyan rayonu Qaraçala qəsəbəsində fəaliyyət göstərən "Hacı Camalxan" kəndli fermer təsərrüfatında dəfələrlə oğurluq hadisəsi baş versə də hüquq mühafizə orqanları məsələyə biganə yanaşırlar. Bu barədə "Olaylar"a məlumat verən Fermer Təsərrüfatının direktoru Vəkil  İsgəndərovun sözlərinə görə, təsərrüfatda dəfələrlə oğurluq hadisəsi baş verib: "Təsərrüfata məxsus 50 baş qoyun oğurlanıb. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilsə də hələlik oğurluğu törədən şəxs saxlanılmayıb: "Təsərrüfatda oğurluq hadisəsinin baş verməsi birinci dəfə deyil. Bir müddət əvvəl suvarma sistemindəki aqreqatlardan 3150 metr  kabel oğurlnıb. Hansı ki, həmin kabeilin bir metrinin dəyəri 32 dollardır. Salyan rayon polis idarəsinə yazılı məlumat verilsə də heç bir tədbir görülməyib. Məcbur olub öz xərcimizlə kabel alaraq aqreqatları işə salmışıq. Lakin həmin kabellər yenidən oğurlanıb. Dəfələrlə polisə müraciət edilsə də hələ ki, oğurluq faktının üstü açılmayıb. Aqreqatların iş sistemində uzunfasilələrin yaranması isə təsərrüfatın normal fəaliyyətinə, xüsusən istehsal prosesinə mənfi təsir göstərir. Belə halda hüquq mühafizə orqanlarının məsələyə biganə yanaşması heç sür anlaşılan deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31