Gəncədə 31 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. 

Olaylar.az-a verilən məlumata görə, hadisə şəhərdə yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. 

Mübahisə zəminində bir neçə bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü A.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq o həyatını itirib.Hadisənin təfərrüatları hələ məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31