Müğənni Səmranın maşınını qarət etdilər

Daxili İşlər Nazirliyi (DİN) müğənni Səmra Rəhimlinin avtomobilindən oğurluq edən şəxslə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında "Chevrolet"  markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən  əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, müğənni sosial şəbəkə hesabında oğrunun saxlanıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31