Məmur oğlunun 238 min manatını apardılar

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. 

Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31