Borca görə telefonunu satdırdılar
17 Mart 2022 13:02 KriminalNizami RPİ-nin 24-cü Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılıblar. Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31