Sumqayıtda binanın damında meyit tapılıb
16 Mart 2022 14:46 KriminalSumqayıtda binanın damında meyit tapılıb."Olaylar" FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31