“Qubadlı” gömrük postunda  narkotik vasitə aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ermənistan Respublikasına yük aparan İran İslam Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Axor" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və sürücüdən avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması soruşulub. O, isə öz növbəsində idarə etdiyi avtomobildə mütləq bəyan edilməli və gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirib.  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a bildirilib ki, bundan sonra avtomobil əsaslı yoxlanılıb və yük nəqliyyat vasitəsinin kabinində gizlədilən 4,017  qram narkotik vasitə - həşiş qətranı, 8 ədəd üzərində "ddp/M20" nişanəsi olan metadon həbləri, üzərində "Alprazolam 1mg" yazısı olan konvalyut kəsiyində 2 ədəd həb və 30,132  qram narkotik vasitə - tiryək aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31