Narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib
16 Mart 2022 11:45 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 50 cinayətin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.