Bank hesabından pul oğurlayan şəxs saxlanıb

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə martın 5-də Şəki rayon sakini S.İsmayıllının bank hesabından  483 manat pulunun oğurlanması barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş N.Cəbrayılzadə müəyyən edilərək saxlanılıb. Rəsmi məlumata görə, ahzırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31