Qubadlıda yük maşınıda 4 ton naqil tutuldu

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətin əməkdaşının avtomobilində xeyli miqdarda naqil aşkarlanıb. DİN-dən "Olaylar"a verilən xəbərə görə, Qubadlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31