Obyekt və evlərdən oğurluq edən şəxs həbs olundu

Şəki şəhərindən yerləşən "Playstation" oyun zalından oğurluq edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Olaylar"a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən 700 manat dəyərində televizorun oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş İlyas Nüybərov saxlanılıb. Aparılan ilkin araşdırmalar zamanı onun daha iki evdən televizor və təmir-tikinti alətləri, eləcə də tanışı ilə birgə Şəki şəhəri ərazisində yerləşən şirniyyat mağazasından pul oğurladığı da müəyyən edilib. Onun oğurladığı televizorlardan biri, eləcə də cinayətdə istifadə etdiyi alətlər və maska maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə İ.Nüybərov barəsində həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31