Azərbaycanda ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” - FOTO
12 Mart 2022 11:20 KriminalAzərbaycanda ana uşağına işgəncə verib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:
"Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, "cinlər məni məcbur etdi, çırpdım uşağı yerə..."
Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib..."
Olaylar.az xəbər verir ki, Ağazadə açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı:
"Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31