Putin adminstrasiyası Bakı polisinin axtarışa verdiyi şəxslə bağlı qərar verdi – Sabiq rektor qohumunun başı dərddə
11 Mart 2022 14:33 KriminalAzərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin axtarışa verilən bacısı oğlu Araz Mürsəliyev Rusiyada tutduğu bəzi vəzifələrdən azad edilib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Ekspert Komissiyasının üzvlüyündən çıxarılıb.
Bundan başqa onun Rusiya Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı Komissiyasındakı üzvlüyünə də xitam verilib.
Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, 2015-ci ildə Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilimişdi.
Bir qədər əvvəl isə o, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.
Gundem.az