Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb.

Olaylar.az  xəbər verir ki, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31