Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi
9 Mart 2022 19:33 KriminalAzərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.
Olaylar.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.
Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.
Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31