Axtarışda olan 22 nəfər saxlanıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 50 cinayətin üstü "isti izlər"lə açılıb. DİN-dən "Olaylar"a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.  Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31