Axtarışda olan 65 nəfər, cinayətdə şübhəli bilinən 94 nəfər saxlanılıb – DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 103 cinayətin üstü "isti izlər"lə açılıb.

Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 65 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31