Bank kartını oğurlayıb pulunu çıxardı
5 Mart 2022 11:17 KriminalDaha bir bank kartının oğurlanması faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki kafelərin birində Qobustan rayon sakini N.Həsənovun cibindən bank kartını oğurlayıb. O daha sonra vətəndaşın hesabındakı 2400 manatı çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Fuad Nəsirov müəyyən edilərək saxlanılıb. Hazırda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31