Qadınları Türkiyəyə aparan şəxs həbs edilib
4 Mart 2022 13:21 KriminalDaxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları növbəti əməliyyat keçirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sumqayıt şəhərində yaşayan Ülviyyə Həsənova tutulub. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmünə əsasən Ü.Həsənova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.