"Oğurluqla əldə etdiyim pulla yaşayıram...."-saxlanılan şəxs

Nəsimi rayonu ərazisində yerləşən hospitalların birində işləyən qadının çantasından kosmetik əşyalarını və bank kartını oğurlayaraq 1316 manat pulunu talayan şəxs müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan 32 yaşlı Elnur Fərzəliyev  saxlanılıb. O, ilkin dindirmə zamanı, oğurluğun onun vərdişi olduğunu, işləmək istəmədiyini, heç bir işlə maraqlanmadığını bildirib: "Özümdən asılı deyil. Oğurluqla əldə etdiyim pulla yaşayıram. Vərdişdir. İşləmək istəmirəm...".

Onun ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını oğurlaması da məlum olub. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31