Evdən 9 min manat oğurlayan ələ keçib
3 Mart 2022 15:59 KriminalBakıda evdən oğurluq olub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş B.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun bir nəfərlə birgə rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31