Ərinin 17 minini oğurladı
3 Mart 2022 15:16 KriminalBakıda evdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə fevralın 28-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərin birindən 17.000 manat pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun ev sahibinin arvadı tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31