Müdafiə Nazirliyinin generalı həbs olundu
2 Mart 2022 21:51 KriminalMüdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
Olaylar.az xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31