Narkomanın oğurluq əməlləri üzə çıxdı
2 Mart 2022 15:30 KriminalBaş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş T.Cavadovun və Z.Ələkbərov saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, onun ətraflarında aparılmış tədbirlərlə onların ayrı-ayrı vaxtlarda paytaxtın Nərimanov, Səbail və Nəsimi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində 13 nəfərin mobil telefonlarını oğurlamaları, 1 nəfərdən isə mobil telefonunu dələduzluq yolu ilə almaları müəyyən edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31