Eldar Həsənovun apellyasiya şikayətinə baxılacaq tarix bəlli oldu

Bakı Apellyasiya Məhkəməsində sabiq baş prokuror, eks-səfir Eldar Həsənovun şikayətinə baxılacağı tarix dədiqləşib."Olaylar" xəbər verir ki, hazırlıq iclası martın 10-na təyin olunub. Prosesə hakim Elmar Rəhimov sədrlik edəcək. Qeyd edək ki, Eldar Həsənov apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il hökmünün ləğvi edilməsini və bəraət əsasında azadlığa buraxılması istəyib.

Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbs olunub. O, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib.Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hokum ilə sabiq baş prokuror 10 il müddətinə azadlıqdan məhrum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31