Bakıda polis idarəsinin rəis müavini işdən çıxarıldı
2 Mart 2022 14:08 KriminalBakının Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Olaylar.az bildirir ki, Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun göstərişi ilə idarədə xidməti yoxlama aparılıb.
Yoxlama zamanaı aşkarlanan pozuntulardan sonra daxili işlər nazirinin əmri ilə Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşviq Aslanov vəzifəsindən azad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31