İmişli sakini həmyerlisini güllələdi
23 Fevral 2022 14:05 KriminalDaxili İşlər Nazirliyi İmişli sakininin güllələnməsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən "Olaylar"a daxil olan məlumatda deyilir: "İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil oub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan "İJ-58" markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31