Bakıda 12 yaşlı qızı zorlayıb videoya çəkiblər - ŞOK İDDİA

Bakıda 12 yaşlı qız zorlanıb.

Olaylar.az Lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İ. A. (ad şərtidir) polisə ərizə ilə müraciət edərək, qızı, 2010-cu il təvəllüdlü M.R.-nın (ad şərtidir) 2 nəfər tərəfindən zorlandığını və zorlanma anının videoya çəkildiyini bildirib.

Daxil olan şikayət əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31