Abşeronda korrupsiya həbsləri - Yüksək vəzifəlilər SAXLANILDI
22 Fevral 2022 14:50 KriminalYaxın dəqiqələrdə Abşeron rayonunda səs-küylü həbslər olur.
Olaylar.az xəbər verir ki, şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər. Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib, aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31