Müstəntiq Əfəndiyev rüşvət aldığını etiraf etdi - Prokuror 11 il cəza istədi, hakim 4 ilə saldı

Moskva məhkəməsi Rusiya İstintaq Komitəsi Baş İstintaq İdarəsinin keçmiş müstəntiqi Qrey Əfəndiyevə beş milyon rubl rüşvət işi üzrə hökm çıxarıb.

Olaylar.az xəbər verir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

Təqsirləndirilən şəxs korrupsiyada vasitəçilikdə təqsirli bilinib. O, dörd il cəzaçəkmə müəssisəsində cəza çəkəcək.

Tərəflərin müzakirəsi zamanı prokuror keçmiş müstəntiqin 11 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılmasını istəyib. Əfəndiyev istintaq zamanı özünü təqsirli bilib, məhkəmə prosesində isə ittihamın yüngülləşdirilməsində israr edib. Müstəntiq həmkarına vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün onun vasitəsilə beş milyon rubl rüşvət almağı təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31