Şamaxıda həmyerlisi bıçaqlayan 17 yaşlı gənc tutulub

Şamaxıda bıçaqlanma hadisəsi olub.Hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Rəvan Comərdov münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Xəyal Pənahovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. R. Comərdov polis tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31